REGİONLAR


Astarada “Şahin” hərbi idman oyunlarının zona seçim mərhələsi başa çatıb

Astara, 27 mart, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən hərbi idman oyunları üzrə rayon birinciliyinin zona seçim mərhələsi başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beş zonada keçirilən yarışda rayonun 33 tam orta məktəb komandasını təmsil edən 462 məktəbli iştirak edib.

Birinci zonada Astara şəhər 3 və 2 nömrəli, ikinci zonada Tüləküvan, Təngərüd kənd və Kijəbə qəsəbə, üçüncü zonada Şiyəkaran kənd 2 nömrəli və Siyəku kənd, dördüncü zonada Pəlikəş kənd və beşinci zonada Hamoşam kənd tam orta məktəb komandaları rayon birinciliyinin final mərhələsinə vəsiqə qazanıblar.

Final yarışında birinci yeri tutan komanda aprel ayında Cəlilabad rayonunda keçiriləcək respublika zona birinciliyində Astara rayonunu təmsil edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.