REGİONLAR


Astarada regional videokonfrans: “Uğurun formulu könüllülükdür”

Astara, 11 iyul, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon Gənclər və İdman İdarəsi və rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Uğurun formulu könüllülükdür” mövzusunda regional videokonfrans keçirilib.

Onlayn tədbirdə Astara, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar və Bərdə rayonlarından olan gənclər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, videokonfransda çıxış edən Astara rayonunun gənclərlə iş üzrə nümayəndəsi, gənc könüllü Abbas İbrahimli Azərbaycanda könüllülüyün yaranma tarixindən danışaraq onların ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolunu yüksək dəyərləndirib.

Astara Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova və rayon gənclər və idman idarəsinin aparıcı məsləhətçisi Rufan Şirinov çıxışlarında Ulu Öndər Heydər Əliyevin gənclərlə görüşlərindən, ölkəmizdə “Könüllülər ili” çərçivəsində görülən işlərdən, könüllülərə olan diqqət və qayğıdan, onların dövlət müəssisələrində işə cəlb olunmasından, respublikamızın ictimai-siyasi həyatında oynadığı roldan danışıblar.

Astara şəhər 1 nömrəli tam orta məktəbin direktoru Xədicə Əliyeva, rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədova, Lənkəran Karyera və İnkişaf Mərkəzinin rəhbəri Famil Məmmədov, Bərdə Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Orxan Fəxrəddinov, gənc könüllülər Hüseyn Hüseynli, Dünarə Kişiyeva, Fatimə Məmmədova çıxışlarında xüsusi karantin rejimində tədbirlərin onlayn formada keçirilməsindən, sağlamlığın qorunmasından və könüllülük barədə öz təcrubələrindən söz açıblar.

Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev gənclərə pandemiya dövründə maksimum diqqətli olmağı, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyi tövsiyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.