REGİONLAR


Astarada “Xəmsə” milli intellektual oyunu üzrə rayon seçim turunun qalibləri müəyyənləşib

Astara, 3 noyabr, Bağır Əliyev, AZƏRTAC

Astara şəhərindəki Gənclər Evində rayon gənclər və idman idarəsi, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Xəmsə” milli intellektual oyunu üzrə yeniyetmələr arasında VI Azərbaycan çempionatının rayon seçim turu başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov bilik yarışının məqsədinin yeniyetmələrin intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaqdan, onlar arasında bilik və elmin nüfuzunu artırmaqdan, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən və rayon yığma komandasının tərkibinin təsis edilməsindən ibarət olduğunu bildirib.

Seçim turunda “Azəri-Light” (Astara şəhər 1 nömrəli tam orta məktəb), “Everest” (Astara şəhər 3 nömrəli tam orta məktəb), “Xəzər” (Şahağacı kənd 1 nömrəli tam orta məktəb), “KWINTET” (Şiyəkəran 1 nömrəli tam orta məktəb), “Şəfəq” (Siyəkü kənd tam orta məktəb), “APK” (Astara Pedaqoji Kolleci), “Vita” (Təngərüd kənd tam orta məktəb), “Zülfiqar” (Pensər kənd 2 nömrəli tam orta məktəb) komandaları qalib adı uğrunda mübarizə aparıblar.

Qrup oyunlarında sonra “APK”, “Vita”, “Everest” və “KWİNTET” komandaları finalda mübarizəni davam etdiriblər.

Bilik yarışının yekun nəticələrinə əsasən “Vita”, “KWİNTET” və “APK” komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.

Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.