REGİONLAR


Astarada Zəfər parkı inşa edilir

Astara, 12 fevral, Bağır Əliyev, AZƏRTAC

Vətən müharibəsində şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə Astara şəhərində Zəfər parkı inşa edilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara şəhərinin Heydər Əliyev prospektində inşa edilən parkın ərazisi 1400 kvadratmetrdir.

Artıq parkda əsas abidənin tikintisi, ərazinin hasara alınması və hörgü işləri başa çatdırılıb, hazırda suvaq işləri görülür. Ondan sonra üzlük və tamet daşlarının döşənməsinə başlanılacaq.

Abidənin mərkəzində Vətən müharibəsinin qalibi - Azərbaycan əsgərinin abidəsi ucaldılacaq.

Parkın ərazisində həmişəyaşıl bəzək kolları və güllər də əkiləcək.

Zəfər parkında tikinti işlərinin aprel ayında başa çatdırılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.