REGİONLAR


Astarada bir məktəbin üç şagirdi Respublika Fənn Olimpiadasında iki gümüş və bir bürünc medal qazanıb

Astara, 1 iyul, Bağır Əliyev, AZƏRTAC

Respublika Fənn Olimpiadalarının qalibləri müəyyən olunub. Olimpiadanın nəticələrinə görə, 55 nəfər qızıl, 105 nəfər gümüş, 160 nəfər bürünc olmaqla ümumilikdə 320 nəfər qalib elan edilib.

Qaliblər ölkəmizin 42 şəhər və rayonundan olmaqla, 158 ümumi təhsil müəssisəsini əhatə edir. Onlardan 101 nəfəri qız, 219 nəfəri isə oğlandır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Respublika Fənn Olimpiadasının yarımfinal turunda iştirak edən Astara rayonunun ümumtəhsil müəssisələrindən olan 47 şagirddən 6 nəfəri yüksək nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıb.

Respublika Fənn Olimpiadasının final mərhələsində iştirak edən astaralı şagirdlərdən üç nəfəri mükafata layiq yerlərə sahib olublar.

Astara rayonundakı Zülfüqar Əhmədzadə adına Pensər kənd 2 nömrəli tam orta məktəb-liseyin üç nəfər yetirməsi - XI sinif şagirdi Zəka Əliyev riyaziyyat fənni və IX sinif şagirdi Salman Hüseynov kimya fənni üzrə gümüş, XI sinif şagirdi Tərlan Hüseynov isə kimya fənni üzrə bürünc medal qazanıblar.

Qeyd edək ki, Respublika Fənn Olimpiadasının nəticələrinə görə Astara rayonu 10-cu yerdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.