REGİONLAR


Astarada bir sinfin 17 məzununun hamısı ali məktəblərə qəbul olunub

Astara, 7 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Astara şəhərindəki Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbdə 2018-ci və 2019-cu tədris ilində ilk dəfə yaradılan təmayül sinifləri artıq öz yüksək nəticəsini göstərir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2019-cu və 2021-ci tədris illərində məktəbdə fəaliyyət göstərən humanitar, riyaziyyat və iqtisadiyyat təmayüllü sinfin 17 məzununun hamısı buraxılış və qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanıblar.

Təmayüllü sinfin məzunlarından ikisinin biliyi fərqlənmə attestatı ilə qiymətləndirilib.

Bu il ali məktəblərə qəbul imtahanları zamanı onlardan iki nəfəri 600-dən, iki nəfəri 500-dən, dörd nəfəri 400-dən, beş nəfəri isə 300-dən yuxarı nəticə ilə ölkəmizin müxtəlif ali məktəblərinə qəbul olunublar.

Təmayüllü sinfin rəhbəri, Azərbaycan Müəllimlər Universitetini fərqlənmə diplomu ilə bitirmiş tarix müəllimi Gülnar Məlikzadə bildirib ki, məzunların uğur qazanması məktəb rəhbərliyi, müəllim və valideyn əməkdaşlığının düzgün qurulmasının, hər zaman abituriyentlərə sağlam psixoloji dəstək verilməsinin məntiqi nəticəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.