REGİONLAR


Astarada bitkiçilik məhsullarının istehsalı 1,5 faiz artıb

Astara, 30 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Bu ilin doqquz ayında Astara rayonunda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 53791,9 min manat təşkil edib. Bunun 28576,6 min manatı heyvandarlıq, 25215,3 min manatı isə bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rayonda bitkiçilik məhsullarının istehsalı 1,5 faiz artıb.

Bu barədə Astara Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.

Bildirilib ki, hazırda rayonda kənd təsərrüfatı məhsullarının yığımı davam edir. Oktyabr ayının 1-nə olan məlumata əsasən, dənlilərin və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 97,7 faizi (731,7 hektarı) biçilib və həmin sahələrdən 2035,9 ton məhsul götürülüb. Orta hesabla hər hektardan 27,8 sentner məhsul yığılıb.

Bundan əlavə, 190,5 hektar qarğıdalı sahəsindən 596,3 ton məhsul yığılıb, hər hektardan orta hesabla 31,3 sentner qarğıdalı dəni götürülüb. Qarğıdalı dəni nəzərə alınmaqla rayon üzrə taxıl istehsalı 2632,2 ton təşkil edib.

Bu dövrdə rayonda, həmçinin sahələrdən 25950,6 ton tərəvəz, 7991,8 ton kartof, 4335,6 ton bostan məhsulları, 1053,1 ton meyvə və giləmeyvə, 23,0 ton üzüm, 550,5 ton (46,3 faiz çox) yaşıl çay yarpağı yığılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.