REGİONLAR


Astarada budo döyüş növləri üzrə açıq rayon birinciliyi başa çatıb

Astara, 11 noyabr, Bağır Əliyev, AZƏRTAC

Astara Boks Mərkəzində uşaqlar, yeniyetmələr və gənclər arasında budo döyüş növləri üzrə keçirilən açıq rayon birinciliyi başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Milli Dirçəliş Günü münasibətilə Astara Rayon Gənclər və İdman İdarəsi və Astara Budo Döyüş Növləri Klubunun birgə təşkilatçılığı ilə keçirilən və üç gün davam edən yarışda Astara rayonundan beş, Masallı rayonundan iki və Bakı şəhərindən iki komandanı təmsil edən 80 idmançı qələbə uğrunda mübarizə aparıb.

Müxtəlif çəki dərəcələrində I, II və III yerləri qazanan idmançılara Astara Rayon Gənclər və İdman İdarəsinin və Astara Budo Döyüş Növləri Klubunun diplomları və medalları təqdim olunub.

Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, beynəlxalq dərəcəli hakimlər Fariz Mirzəyev, Qavamzadə Əlirza və Ramiq Məmmədov ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından, Azərbaycan dövlətçiliyinin tarixi günlərinin qeyd edilməsinin gənclərin vətənpərvərlik tərbiyəsindəki əhəmiyyətindən danışaraq idmançılara uğurlar arzulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.