REGİONLAR


Astarada çəltik sahələrində yüksək məhsuldarlıq əldə olunub

Astara, 7 oktyabr, AZƏRTAC

Astara rayonunda çəltik yığımı başa çatıb.

Rayon Statistika İdarəsinin rəisi Vasif Həsənov AZƏRTAC-a bildirib ki, bu il Astarada 202,1 hektar sahədə çəltik əkini aparılıb. Onun sözlərinə görə, rayonda çəltikçiliklə məşğul olan fermerlər məhsuldar olan “Haşimi”, “Sədri” və “Apola” növlərinə üstünlük verdiklərindən bu il məhsuldarlıq daha yüksək olub. Belə ki, çəltik sahələrinin hər hektarından götürülən məhsuldarlıq 41,6 sentner təşkil edib. Ümumilikdə isə sahələrdən 841 ton məhsul yığılıb.

Bundan əlavə, çəltik sahələrində vaxtında lazımi aqrotexniki işlər, zərərvericilərə qarşı görülən tədbirlər də məhsuldarlığa müsbət təsir göstərib.

Qeyd edək ki, 2021-ci ildə Astara rayonunda 240,6 hektar sahədə çəltik əkini aparılıb və bu sahələrdən 998,5 ton çəltik götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.