REGİONLAR


Astarada daha iki nəfər koronavirus xəstəsinin yaşayış yerini tərk etdiyi aşkarlanıb

Astara, 25 noyabr, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş daha iki nəfər rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Astara rayonunun Pensər kənd sakini A.Nəsirova və Vaqo kənd sakini R.Xankişiyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar rayon ərazisində müxtəlif yerlərdə saxlanılaraq yaşadıqları ünvanlara geri qaytarılıblar.

Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Astara Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.