REGİONLAR


Astarada əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 2,4 faiz artıb

Astara, 7 noyabr, Bağır Əliyev, AZƏRTAC

Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə bir sıra xidmət sahələrinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması nəticəsində bu ilin doqquz ayında Astara rayonunda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi artıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Astara Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, doqquz ayda rayonda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,4 faiz artaraq 18 milyon 25,0 min manat olub.

Hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyon 257,5 min manatlıq xidmət göstərilib, Bu, xidmətlərin ümumi dəyərinin 29,2 faizini təşkil edir.

Bu dövrdə hər bir rayon sakini orta hesabla 162,7 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 9,8 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.