REGİONLAR


Astarada el məzarlığında şəhidlərin xatirə guşəsi yaradılıb

Astara, 17 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan Respublikası “Beynəlmiləlçi əlil döyüşçülər” Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layihəsinin icrasını Astara rayonunda davam etdirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun el məzarlığında dəfn olunmuş 7 şəhidin xatirəsini əbədləşdirmək məqsədilə burada şəhidlərin xatirə guşəsinin açılışı olub.

Tədbirdə Azərbaycan Respublikasının dövlət müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş oğullarımızın xatirəsi yad edilib.

Sonra layihə rəhbəri, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti, “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi”nin direktoru Sərraf Oruc həyata keçirilən layihənin məqsədi və görülən işlər barədə məlumat verib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi, polkovnik Valeh Nəcəfov Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və Böyük Vətən Müharibəsi veteranlarına dövlət qayğısından bəhs edib.

"Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin Astara rayon şöbəsinin sədri Orxan Əliyev bildirib ki, Astara rayonu üzrə 82 şəhid ailəsi var. Onlardan 15-i itkin düşmüş hesab olunur. Müharibə iştirakçılarından 48 nəfəri Qarabağ müharibəsi əlili, 320 nəfəri Qarabağ müharibəsi veteranı, 1 nəfəri Azərbaycanın Milli Qəhranı, 6 nəfəri Böyük Vətən Müharibəsi veteranı, 125 nəfəri isə Əfqanıstan müharibəsinin iştirakçısıdır.

Şiyəkəran kənd ərazi icra nümayəndəsi Tofiq Əliyev bildirib ki, Astaranın el məzarlığında keçirilən monitorinqlər zamanı şəhid məzarlarının vəziyyətinə baxış keçirilib.

Şəhid ailəsi Sərdar Quliyev çıxış edərək həyata keçirilən layihəni yüksək qiymətləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.