CƏMİYYƏT
Astarada fəaliyyəti dayanmış çay fabrikinin ərazisində silah-sursat aşkarlanıb
Bakı, 9 avqust, AZƏRTAC
Astara rayonunda fəaliyyəti dayanmış çay fabrikinin ərazisində silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, silah-sursat daxil olmuş əməliyyat məlumatı əsasında Astara Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən birgə görülmüş tədbirlərlə Pensər kəndində yerləşən, hazırda fəaliyyət göstərməyən çay fabrikinin ərazisində aşkar edilib. Əməliyyat nəticəsində ərazidən 4 ədəd avtomat, 2 ədəd bıçaq, bir patron darağı, əleyhqaz və digər silah-sursat götürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]