REGİONLAR


Astarada futbol üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib

Astara, 23 avqust, Bağır Əliyev, AZƏRTAC

Astarada futbol üzrə rayon birinciliyi başa çatıb.

AZƏRTAC xəbər verir ki, rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən və 11 gün davam edən yarışda 15 komanda 4 qrupda qələbə uğrunda mübarizə aparıb.

Rayon birinciliyinin yarımfinal mərhələsində “Ərçivan” komandası “Astara şəhər”, “Suparıbağ” və ”Ojəkəran” komandalarına qalib gələrək finala vəsiqə qazanıb.

Finalda “Suparıbağ” və “Ərçivan” komandaları qarşılaşıblar.

“Ərçivan” komandası rəqibinə 2:0 hesabı ilə qalib gələrək rayon birinciliyinin qalibi olub. Üçüncü yerə “Astara şəhər” və “Ojəkəran” komandaları sahib olublar.

Qaliblərə kubok, diplom və pul mükafatları verilib.

Rayon birinciliyində Yusif Hüseynov “Ən yaxşı müdafiəçi”, Pərviz Əliyev “Ən yaxşı yarımmüdafiəçi”, Ağababa Rzayev “Ən yaxşı hücumçu”, Pərvaz Əliyev “Ən yaxşı qapıçı”, Vidadi Xankişiyev “Yüksək texnikalı oyunçu” mükafatlarına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.