CƏMİYYƏT


Astarada həmkəndlisini öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Astarada həmkəndlisini öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 19 mart, AZƏRTAC

Martın 19-u saat 00:15-də Astara rayonu Artupa kənd sakini 1993-cü il təvəllüdlü Alqış Quliyevin müxtəlif xəsarətlərlə xəstəxanaya daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə AZƏRTAC-a Astara rayon prokurorluğundan xəbər verilib.

İlkin araşdırma zamanı 1986-cı il təvəllüdlü Şamxal Şahverdiyevin həmkəndlisi Alqış Quliyevin yaşadığı evə daxil olub kəsici-deşici alətlə xəsarətlər yetirərək onu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Şamxal Şahverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İbtidai istintaq davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.