REGİONLAR


Astarada heyvandarlıq məhsullarının istehsalı artıb

Astara, 9 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Astara rayonunda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir. Ölkəmizdə kənd təsərrüfatının bütün sahələri kimi, heyvandarlığın da inkişafına göstərilən dövlət dəstəyi fermerlərin bu sahəyə marağını artırıb. Rayonda mal-qaranın baş sayı ilbəil artır. Bu isə məhsul artımına müsbət təsir göstərir.

Astara Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, oktyabrın 1-i vəziyyətinə rayon üzrə 40 min 654 baş iribuynuzlu mal-qara, 20 min 618 baş davar qeydə alınıb. İribuynuzlu mal-qaranın 48,8 faizini inək və camışlar təşkil edir.

Bu ilin doqquz ayı ərzində rayonda 2975,4 ton ət (diri çəkidə), 20 min 349,3 ton süd, 28 ton yun, 8 milyon 838 min ədəd yumurta istehsal olunub.

Rayonda ət istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,4 ton, yun istehsalı 1 ton, yumurta istehsalı isə 5 min ədəd artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.