REGİONLAR


Astarada ikinci çay yığımı başa çatıb

Astara, 23 iyun, Bağır Əliyev, AZƏRTAC

Astara rayonunun çay plantasiyalarında ikinci məhsul yığımı kampaniyası başa çatıb.

Astara Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, rayonda mövcud olan 187 hektar məhsuldar çay sahəsindən indiyədək 197 min 263 kiloqram yaşıl çay yarpağı yığılıb.

İyulun sonlarında rayonun çaybecərənləri üçüncü çay yığımına başlayacaqlar.

Qeyd edək ki, ötən il Astara rayonunda 530,2 ton yaşıl çay yarpağı istehsal olunub. Hər hektardan götürülən məhsuldarlıq 28 sentner təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.