REGİONLAR


Astarada indiyədək 4172,4 hektar sahədə yazlıq əkin aparılıb

Astara, 11 iyun, AZƏRTAC

Astara rayonunun təsərrüfatlarında yaz-tarla işləri başa çatmaq üzrədir. Bu günə kimi 4172,4 hektar sahədə yazlıq əkin aparılıb.

Astara Rayon Statistika İdarəsinin rəisi Vasif Həsənov AZƏRTAC-a bildirib ki, məhsul istehsalçıları bu il 593,1 hektar sahədə dənli və dənli paxlalı bitkilər, 188 hektar sahədə qarğıdalı, 164 hektar sahədə yonca, 956,7 hektar sahədə kartof,1901,8 hektar sahədə tərəvəz, 368,8 hektar sahədə bostan bitkiləri əkiblər.

Hazırda təsərrüfatlarda kartof və tərəvəz yığımı davam edir. İndiyədək tərəvəz əkilmiş sahələrin 212 hektarının məhsulu yığılıb, 1852 ton tərəvəz istehsal olunub. Eyni zamanda, torpaq mülkiyyətçiləri indiyədək 270 hektar kartof sahəsindən 1976,4 ton məhsul götürüblər. Hər hektardan orta məhsuldarlıq 73,2 sentner təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.