REGİONLAR


Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib

Astara, 19 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Sentyabrın 18-də Astara Rayon Mərkəzi Kitabxanasında keçirilən ənənəvi əmək yarmarkasında 45 nəfərə işə göndəriş vərəqəsi verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Məşğulluq Xidmətinin, Astara Rayon Məşğulluq Mərkəzi və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun 21 idarə, müəssisə və təşkilatı tərəfindən işaxtaran vətəndaşlara 240 boş iş yerləri təklif olunub.

Tədbirdə çıxış edən Astara Rayon Məşğulluq Mərkəzinin direktoru Zeydulla Şükürov, rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Firudin Əhmədov, “Astara” qəzetinin baş redaktoru Fəridə Ocaqova və başqaları ölkəmizdə, o cümlədən Astara rayonunda əhalinin məşğulluğunu təmin etmək üçün görülən işlərdən, həyata keçirilən layihələrdən danışıblar.

İşaxtaran vətəndaşlar əmək yarmarkalarının keçirilməsinin əhalinin işlə təminatında əhəmiyyətli rol oynadığını bildiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.