REGİONLAR


Astarada keçirilən futbol üzrə açıq çempionat başa çatıb

Astara, 22 may, Bağır Əliyev, AZƏRTAC

Astara rayonunun Ojəkəran kəndindəki futbol meydançasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş futbol üzrə Kijəbə qəsəbə inzibati ərazi dairəsinin açıq çempionatı başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara Rayon Gənclər və İdman İdarəsinin, Kijəbə Qəsəbə Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən və 10 gün davam edən yarışda 8 komanda qələbə uğrunda mübarizə aparıb.

Futbol üzrə açıq çempionatın finalında “Ojəkəran” və “Xəzər” komandaları qarşılaşıblar.

Finalda daha inamlı oyun nümayiş etdirən “Ojəkəran” komandası rəqibinə 6:2 hesabı ilə qalib gələrək çempionatın qalibi olub.

Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Kijəbə Qəsəbə Bələdiyyəsini sədri Ağadadaş Qənbərov ümummilli lider Heydər Əliyevin zəngin və mənalı ömür yolundan danışaraq, qaliblərə xoş arzularını çatdırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.