REGİONLAR


Astarada keçirilən xeyriyyə aksiyasında 100-dən çox uşaq sünnət olunacaq

Astara, 13 mart, Bağır Əliyev, AZƏRTAC

Novruz bayramı ərəfəsində Astara Rayon Mərkəzi Xəstəxanasında keçirilən xeyriyyə aksiyasında 15 yaşadək 100-dən çox uşaq sünnət olunacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin təşəbbüsü ilə hər il ənənəvi keçirilən və üç gün davam edəcək tibbi aksiyaya 2 həkim-cərrah, 4 reanimatoloq, 2 həkim-laborant, 8 orta tibb işçisi və 10-a yaxın tibbi personal cəlb edilib.

Uzaq məsafədə yaşayan ailələr avtonəqliyyatla təmin olunub.

Rayon sakinləri aksiyanın təşkilindən razılıqlarını bildirirlər.

Ərçivan qəsəbə sakini Lətifə Quliyeva sevincini belə ifadə edib: “Nəvəmi sünnət etdirməyə gətirmişəm. Çox sevinirəm. Bu aksiya Novruz bayramı ərəfəsində bizə böyük hədiyyədir. Humanitar aksiyanın təşkilatçılarına, burada iştirak edən tibb işçilərinə minnətdarlığımı bildirirəm”.

Şahağac kənd sakini Kəmalə Həsənova da söhbətə qoşularaq nəvəsini sünnət etdirdiyini söyləyib: “Hər bir müsəlman oğlan övladını sünnət etdirməlidir. Bu, çox vacibdir. Bu gün rayonun bütün aztəminatlı ailələrinə belə bir imkan yaradılıb. Mən də bu imkandan yararlandım. Xeyriyyə aksiyanın bütün iştirakçılarına təşəkkür edirəm”.

Xeyriyyə aksiyasında iştirak edən uşaqlara hədiyyələr verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.