CƏMİYYƏT


Astarada kiçikhəcmli gəmi istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirilib

Bakı, 7 fevral, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti qurumun Cənub Regional Mərkəzinin əməkdaşları ilə birgə fevralın 7-də Astara şəhərində kiçikhəcmli gəmi istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirib.

FHN-dən AZƏRTAC bildiriblər ki, "Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı" mövzusunda təşkil olunan tədbirdə kiçikhəcmli gəmi istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin həmin gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınması və texniki baxışdan keçirilməsi, gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb.

Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri xilasedici vasitələr və həmin vasitələrdən istifadə qaydaları haqqında da maarifləndiriliblər.

Sonda tədbir iştirakçılarına maarifləndirmə xarakterli broşürlər paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.