REGİONLAR


Astarada mədəniyyət işçiləri mükafatlandırılıblar

Astara, 30 iyul, Bağır Əliyev, AZƏRTAC

Qurban bayramı ərəfəsində Astara rayonunun mədəniyyət işçilərindən bir qrupuna koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə, xüsusi karantin rejimi dövrundə onlayn tədbirlərin keçirilməsində, virtual sərgilərin, distant dərslərin, muzeylərə virtual ekskursiyaların təşkilində yüksək fəallığına görə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən fəxri-fərmanlar və pul mükafatları təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, koronavirus infeksiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən tədbirdə çıxış edən Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndəsi Şadoğlan Bayramov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri Hacıbala Ramazanov ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə məqsədilə görülmüş işlərdən, həyata keçirilən tədbirlərdən danışaraq rayonun mədəniyyət işçilərinin bu sahədəki fəaliyyətini yüksək dəyərləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.