REGİONLAR


Astarada məktəblilər arasında voleybol üzrə rayon birinciliyi keçirilib

Astara, 15 fevral, AZƏRTAC

Astara şəhər 2 saylı tam orta məktəbin idman zalında Yeniyetmələrin XII Respublika Oyunlarına hazırlıq məqsədilə 2005-2007-ci il təvəllüdlü məktəblilər arasında voleybol üzrə rayon birinciliyi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gərgin keçən yarışda Astara şəhər 2 saylı tam orta məktəbin komandası ilə Kijəbə kənd tam orta məktəbin komandası finala çıxıb. Finalda Kijəbə məktəbinin komandası qalib gələrək birinciliyi əldə edib.

Yarışın sonunda Kijəbə kənd və şəhər 2 saylı tam orta məktəblərin komandaları müvafiq olaraq I və II yerlərə layiq görülüb. Qalib komandalar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.