REGİONLAR
Astarada mövsümün ikinci bal süzümünə başlanılıb
Məhsuldarlıq ötən illə müqayisədə 20 faiz artıb
Astara, 1 avqust, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunda arıçılıqla məşğul olan fermerlər və məhsul istehsalçıları bu il yüksək məhsuldarlığa nail olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun arıçıları ilk bal süzümünü may ayının sonu - iyunun əvvəllərində aparmışdılar. Bundan sonra isə daha da bol məhsul əldə etmək üçün arı ailələri Aran rayonlarına köçürülmüşdü. Hazırda isə tədricən geri gətirilən arı ailələrindən mövsümün sonuncu bal süzümünə başlanılıb.
Orta hesabla hər bir arı ailəsindən 24-25 kiloqram bal əldə edən arıçılar bu il məhsuldarlığın ötən illə müqayisədə 20 faiz artdığını bildiriblər.
Arıçılar balın qiymətini onun keyfiyyətindən asılı olaraq 25-35 manat arasında dəyişdiyini deyirlər.
Qeyd edək ki, Astara rayonunda olan 1300 arıçılıq təsərrüfatında 27 minə yaxın arı ailəsi saxlanılır. Ötən il rayonda 300 ton bal məhsulları istehsal olunub. Bu il bu rəqəmin 400 tona çatdırılması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]