REGİONLAR


Astarada muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı artıb

Astara, 11 noyabr, Bağır Əliyev, AZƏRTAC

Bu ilin doqquz ayında Astara rayonunda muzdla işləyənlərin sayı 8287 nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 6202 nəfər, qeyri-dövlət bölməsində isə 2085 nəfər olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Astara Rayon Statistika İdarəsindən məlumat verilib.

Bu dövrdə rayonda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 0,5 faiz artaraq 438 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 458,9 manat, özəl müəssisələrdə isə 378,9 manat olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.