REGİONLAR


Astarada muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı 34,2 faiz artaraq 435,1 manata çatıb

Astara, 31 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Bu ilin doqquz ayında Astara rayonunda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı ötən ilin müvafiq dövrünə nisbətən 34,2 faiz artaraq 435,1 manat təşkil edib.

Bu barədə Astara Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.

Bildirilib ki, bu dövrdə rayonda dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 459,1 manat, özəl müəssisələrdə isə 367,1 manat təşkil edib.

Rayonun maliyyə və sığorta fəaliyyəti, nəqliyyat və anbar təsərrüfatı, dövlət idarəetməsi və müdafiə, sosial təminat, informasiya və rabitə, sənaye, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əməkhaqqı rayon üzrə orta göstəricidən yüksək olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.