REGİONLAR
Astarada onlayn bilik yarışının qalibləri mükafatlandırılıblar
Astara, 11 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Sentyabrın 11-də Astara Rayon Gənclər və İdman İdarəsinin, “Astara” İntellektual İnkişaf Klubunun birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında fərdi onlayn bilik yarışı üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn bilik yarışında 18 yeniyetmə və gənc bilik və bacarığını sınayıb.
Bilik yarışının yekun nəticələrinə əsasən, Astara rayonunun Şahağacı kənd 2 nömrəli tam orta məktəbin şagirdi İlahə Əsədullayeva birinci, Sım kənd tam orta məktəbinin tarix müəllimi Heydər Əkbərov ikinci yerə layiq görülüblər.
Qaliblər Astara Rayon Gənclər və İdman İdarəsinin diplom və hədiyyələri ilə mükafatlandırılıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:31]
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib
- 25.04.2024 [18:49]
Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib
- 24.04.2024 [15:52]