REGİONLAR


Astarada payızlıq əkin aparılır

Astara, 5 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Bir neçə gündür Astara rayonunun təsərrüfatlarında payızlıq əkinə başlanılıb.

Astara Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, bu il rayonda 350 hektarda payızlıq əkin aparılacaq. Qısa müddətdə 30 hektar sahədə kələm və 80 hektarda yonca əkilib.

Əkin kampaniyasını yüksək keyfiyyətlə və optimal müddətdə başa vurmaq üçün sahələrə kifayət qədər maşın və mexanizm, canlı qüvvə cəlb edilib.

Rayonda payızlıq əkinlərlə paralel, şum işləri də aparılır. İndiyədək payızlıq əkinlər üçün 161 hektar sahə şumlanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.