REGİONLAR


Astarada payızlıq əkinlər üçün 763 hektarda şum çıxarılıb

Astara, 12 noyabr, Bağır Əliyev, AZƏRTAC

Astara rayonunun təsərrüfatlarında payızlıq əkinlər davam etdirilir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, indiyədək 763 hektarda payızlıq əkinlər üçün şum qaldırılıb. Sahələrdə 57,9 hektarda buğda, 23 hektarda arpa, 2 hektarda vələmir, 51,85 hektarda kələm və 155,6 hektarda yonca bitkisi əkilib.

Əkin kampaniyasını yüksək keyfiyyətlə və optimal müddətdə başa vurmaq üçün sahələrə kifayət qədər maşın və mexanizm, canlı qüvvə cəlb edilib.

Lənkəran “Aqroservis” ASC tərəfindən rayonun fermerləri və məhsul istehsalçıları bu il kifayət qədər gübrə ilə təmin olunublar.

Rayonda payızlıq əkin kampaniyası dekabrın sonunadək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.