Astarada payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 2,3 faiz azalıb
AzerTAg.az
Astara, 5 iyul, AZƏRTAC
Astara rayonunda yazlıq bitkilərin iyulun 1-dək 4229,4 hektar sahədə və ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz çox yazlıq bitkilərin səpini aparılıb.
Rayon Statistika İdarəsinin rəisi Vasif Həsənov AZƏRTAC-a bildirib ki, bu dövrdə 772,1 hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 188,0 hektarı dən üçün qarğıdalı), 956,7 hektar sahədə kartof, 1943,8 hektar sahədə tərəvəz, 382,8 hektar sahədə bostan bitkiləri, 173,5 hektar sahədə çoxillik otlar, 0,5 hektar sahədə dən üçün günəbaxan əkilib.
2022-ci ilin məhsulu üçün əvvəlki illərdə əkilmiş çoxillik otların əkin sahələri də daxil edilməklə, payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 5421,6 hektar olub və keçən illə müqayisədə 130 hektar, yaxud 2,3 faiz azalıb.

Xəbərin mətnində orfoqrafik səhv var