REGİONLAR


Astarada pərakəndə ticarət dövriyyəsi 1,5 faiz artıb

Astara, 5 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 97767,8 min manatlıq, o cümlədən 48865,7 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 48902,1 min manatlıq qeyri-ərzaq malları satılıb. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,5 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 24,5 faiz artıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 14,9 faiz azalıb.

Astara Rayon Statistika İdarəsinin rəisi Vasif Həsənov AZƏRTAC-a bildirib ki, istehlak məhsullarının dəyərinin hamısı qeyri-dövlət təsərrüfat subyektləri, o cümlədən 14 faizi hüquqi şəxs statuslu müəssisələr tərəfindən satılıb.

2021-ci ilin birinci yarısı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 13,1 faiz, bazar və yarmarkalarda 2,1 dəfə artıb, fərdi sahibkarlar üzrə isə 15,2 faiz azalıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir istehlakçı orta hesabla ayda 146,2 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,8 manat çox əmtəə alıb.

Cari ilin yanvar-iyun aylarında alıcıların istehlak məqsədilə mallara xərclədikləri vəsaitin 50 faizi ərzaq məhsullarının, 50 faizi isə qeyri-ərzaq mallarının alınmasına sərf olunub. 2022-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 48865,7 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 48902,1 min manatlıq qeyri-ərzaq malları satılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.