REGİONLAR


Astarada qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlər cərimələniblər

Astara, 26 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Astara rayonu ərazisində gücləndirilmiş nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı virusun yayılma riskinin yüksək olduğu qapalı məkanlarda - market, mağaza və digər obyektlərdə bəzi vətəndaşların xüsusi karantin rejiminin tələblərinə laqeydlik nümayiş etdirdiyi aşkarlanıb.

Polis əməkdaşları tərəfindən tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı vətəndaşlara tövsiyələr verilib. Qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq edilməklə, onlar barəsində qanunamüvafiq tədbirlər görülüb.

Qeyd edək ki, belə tədbirlərin keçirilməsində məqsəd koronavirus infeksiyasının kütləvi yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması, əhalinin sağlamlığı naminə sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı vətəndaşların məsuliyyət hissinin artırılmasıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.