REGİONLAR


Astarada qarışıq döyüş növləri üzrə VIII açıq klublararası respublika çempionatı başa çatıb

Astara, 26 may, Bağır Əliyev, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Astara Boks Mərkəzində keçirilən qarışıq döyüş növləri üzrə VIII açıq klublararası respublika çempionatı başa çatıb.

AZƏRTAC xəbər verir ki, yarışda Bakı şəhərini, Astara, Lənkəran, Masallı, Cəlilabad və Abşeron rayonlarını təmsil edən 125 idmançı qalib adı uğrunda mübarizə aparıb.

Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev idmançılara yeni qələbə sevinci arzulayıb. O, IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının qazandıqları uğurları ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısının parlaq təzahürü kimi dəyərləndirib.

Sonda çempionatın qalibləri medal, diplom və kuboklarla mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.