REGİONLAR


Astarada sahələrdən 24 min tondan çox tərəvəz yığılıb

Astara, 19 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Ölkəmizdə məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi Astara rayonunda aqrar bölmənin digər sahələri kimi, tərəvəzçiliyin inkişafı üçün də geniş imkanlar yaradıb. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramında Astarada tərəvəzçiliyin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlər uğurla icra edilir.

Astara Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, bu il rayonda 2067 hektar sahədə tərəvəz məhsulları yetişdirilib. İyulun 15-dən başlayaraq rayonda tərəvəz yığımına başlanılıb. İndiyədək 1876,2 hektar sahədən 24031 ton tərəvəz məhsulları yığılıb. Bunun 317 tonunu kələm, 5157 tonunu xiyar, 6478 tonunu pomidor, 1251 tonunu sarımsaq, 4880 tonunu soğan, 5948 tonunu sair tərəvəz təşkil edir. Sahələrdən, həmçinin 8508 ton kartof və 4452 ton bostan məhsulları toplanılıb.

Tərəvəzçiliklə məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulları əsasən yerli bazarlarda və Bakı şəhərində satırlar.

Bu il havaların isti keçməsi tərəvəzçilikdə məhsuldarlığa da təsir edib. Ötən il hər hektardan götürülən məhsuldarlıq 130,1 sentner olmuşdusa, bu il bu rəqəm 128,1 sentner təşkil edir.

Məhsul istehsalçıları ötən əsrin 70-80-ci illərində rayonda tərəvəzçilik sahəsində qazanılmış şöhrəti qaytarmaq üçün real imkanların olduğunu bildirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.