REGİONLAR
Astarada şahmat üzrə Azərbaycan çempionatının qaliblərinə mükafatlar təqdim edilib
AZƏRTAC xəbər verir ki, on gün davam edən idman yarışmasında respublikanın 26 şəhər və rayonunu təmsil edən 48 idmançı qələbə uğrunda mübarizə aparıb.
Çempionatda kişilər arasında Elnur Əliyev (Lənkəran), Zaur Bayramov (Sumqayıt), Çingiz Rzayev (Quba), qadınlar arasında Türkan Həsənova (Şəmkir), Səbinə Quliyeva və Səhər Hüseynova (Tovuz) müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülüblər.
İdmançılara mükafatların təqdim olunması mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin məsul işçisi Lütfiyar Rüstəmov, Azərbaycan Şahmat Federasiyasının nümayəndəsi Yaşar Məmmədov, Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev çempionatda uğur qazanan şahmatçılara yeni-yeni qələbə sevincləri arzulayıblar.
Qaliblərə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.