REGİONLAR
Astarada şəhid ailələri ilə görüş
Bakı, 31 oktyabr, AZƏRTAC
Oktyabrın 31-də 44 günlük Vətən müharibəsində şəhid olan Astara rayon Alaşa kənd sakini şəhid Telman Təyyar oğlu Nehmətov və Məscidməhəllə kənd sakini Nail Rəfail oğlu Orucovun xatirəsinə həsr olunmuş mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Astara rayon icra hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov və rayon ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər. Tədbirdə, əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbir çərçivəsində hər iki şəhidin keçdiyi döyüş yolundan danışılıb, onların vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilib və gənclərə örnək olduğu vurğulanıb.
Hər iki şəhidin valideynlərinə başsağlığı verən çıxışçılar, onların xatirələrinin daim əziz tutulacağını diqqətə çatdırıblar.
Sonra tədbir çərçivəsində şəhid Nail Rəfail oğlu Orucovun döyüş rolundan bəhs edən kitabın təqdimatı olub.