CƏMİYYƏT


Astarada şəhid ailələri və qazilər üçün növbəti tibbi yardım aksiyası

Bakı, 17 iyul, AZƏRTAC

Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifahının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. İndiyədək bu qəbildən olan insanlara maliyyə dəstəyinin göstərilməsi, mənzillərlə, minik avtomobilləri ilə təmin olunması, onların müalicəsi, həyat tərzinin yaxşılaşdırılması, eyni zamanda, Prezidentin aylıq təqaüdü və digər sosial ödənişlərlə (pensiya, müavinət) təmin edilməsi ilə yanaşı, həssas qəlbli şəxslərin həyat tərzinin daha da yaxşılaşdırılmasına xidmət edən bir çox sosial proqramlar da həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru, professor, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov, Astara Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının təşəbbüsü ilə “Ürəyimiz Qarabağla döyünür” devizi ilə Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə və qazilərə ödənişsiz tibbi xidmət aksiyasına start verilməsi də bunun bariz ifadəsidir.

Xatırladaq ki, aksiya TƏBİB-in tabeliyindəki hospitallar və eləcə də özəl xəstəxanaların tanınmış həkimləri tərəfindən xidmət göstərməklə 2 gün davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.