CƏMİYYƏT
Astarada səkkiz il əvvəl baş vermiş cinayətin üstü açılıb
Bakı, 13 mart, AZƏRTAC
Səkkiz il əvvəl Astarada baş vermiş cinayətin üstü açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri zəruri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il aprelin 18-də rayonun Pensər kənd sakini K.İsmayılovaya məxsus evdən 2775 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayan şəxs müəyyən edilib. Oğurluğu törədən şəxsin sonradan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma), 177.2.2-ci (Oğurluq, təkrar törədildikdə), 177.2.3-cü (Oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 177.2.4-cü (Oğurluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 181.2.2-ci (Quldurluq, təkrar törədildikdə), 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş və hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən Lerik rayon sakini Yaşar Şəfiyev olduğu müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.