REGİONLAR


Astarada sərxoş vəziyyətdə olan avtoxuliqan inzibati qaydada həbs edilib

Astara, 22 fevral, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Astara rayon sakini Dəyanət Nəcəfzadə idarə etdiyi "Mercedes" markalı avtomobillə axşam saatlarında şəhər ərazisində avtoxuliqanlıq hərəkətləri edərkən dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən ona “Saxla”” işarəsi verilib. Spirtli içkinin təsiri altında olan sürücü polis əməkdaşlarının dəfələrlə edilən xəbərdarlığına məhəl qoymayaraq hərəkəti davam etdirib.

İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan D.Nəcəfzadə saxlanılaraq Astara Rayon Polis Şöbəsinə gətirilib və barəsində toplanmış materiallar baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.

Astara Rayon Məhkəməsinin qərarı ilə D.Nəcəfzadə 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 25 gün müddətində inzibati qaydada həbs olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.