REGİONLAR
Astarada son üç ayda süni mayalandırma yolu ilə 213 baş buzov alınıb
Astara, 14 aprel, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunda heyvandarlıq kənd təsərrüfatının aparıcı sahələrindəndir. Son illər rayonda mal-qaranın cins tərkibinin süni mayalandırma yolu ilə daha məhsuldar heyvanlarla dəyişdirilməsi istiqamətində məqsədyönlü iş aparılır.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu ilin üç ayında 532 baş inək və düyə süni yolla mayalandırılıb, 213 baş cinsi yaxşılaşdırılmış bala alınıb.
Qeyd edək ki, Astarada 5 süni mayalandırma məntəqəsi fəaliyyət göstərir. Doğulan hər bir buzova görə dövlət tərəfindən verilən subsidiya fermerlərin və fiziki şəxslərin inək və düyələrin süni mayalandırılmasına marağını artırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]