REGİONLAR


Astarada sürücülər və sərnişinlər arasında profilaktiki tədbirlər gücləndirilib

Astara, 19 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları yeni koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ictimai və fərdi nəqliyyat vasitələrində tibbi maskalardan istifadə etməyən şəxslərlə bağlı profilaktiki tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən tədbirlər zamanı Astara rayonu daxilində sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin və fərdi minik avtomobillərinin sürücüləri, həmçinin, sərnişinlərlə maarifləndirmə söhbətlər aparılıb və tibbi gigiyenik vasitələrdən istifadənin zəruriliyi onların diqqətə çatdırılıb.

Sürücülərə bir daha xəbərdarlıq edilib ki, nəqliyyat vasitəsinə müəyyən edilmiş normalardan artıq sərnişin götürmək infeksiyanın yayılması və daha çox insanın yoluxması riskini artırır.

İstər ictimai nəqliyyatda, istərsə də taksi xidmətində sürücü və sərnişinlərə tibbi maskalardan düzgün qaydada: tənəffüs yollarını örtəcək şəkildə istifadəsinə əməl olunması tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.