REGİONLAR
Astarada təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir
Astara, 10 iyul, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb, yeni məktəb binaları tikilərək müəllim və şagirdlərin ixtiyarına verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son illərdə Astara rayonunda 34 yeni məktəb binası tikilib, 4 modul tipli məktəb quraşdırılıb, 8 təhsil müəssisəsi isə əsaslı təmir edilib.
Ötən il rayondakı Bala Şahağac kənd ümumi orta məktəbi üçün 96, Siyətük kənd ibtidai məktəbi üçün 56, yeni dərs ilində isə Şəmətük kənd ibtidai məktəbi üçün 20 şagird yerlik yeni binalar inşa edilərək istifadəyə verilib.
Hazırda rayonun Burzubənd kənd tam orta məktəbi üçün 360, Dolu kənd ibtidai məktəbi üçün modul tipli 40 şagird yerlik yeni məktəb binasının tikintisi davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]