REGİONLAR


Astarada torpağa basdırılmış narkotik maddə aşkarlanıb

Astara, 1 dekabr, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Sərək kənd sakini Əlihaddin Baxşıyev Astara şəhəri ərazisində 39 qram narkotik vasitə olan qurudulmuş marixuananı satarkən cinayət başında saxlanılıb.

Saxlanıldıqdan sonra onun üzərindən əlavə olaraq 16 qram qurudulmuş marixuana aşkar edilib.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Ə.Baxşıyevin yaşadığı evə keçirilən baxış zamanı həmin evin həyətyanı sahəsində torpağa basdırılmış şəffaf qab və kibrit qutularında ümumilikdə 569 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.