REGİONLAR


Astarada ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan tarix dərsləri keçirilib

Astara, 9 dekabr, Bağır Əliyev, AZƏRTAC

Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin anım günü ilə əlaqədar “Azərbaycanın dinamik inkişafına həsr olunmuş ömür yolu” mövzusunda tarix dərsləri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dərslərdə Astara şəhər 2 və 5 nömrəli, Ərçivan qəsəbə 3 və 4 nömrəli, Sərək kənd tam orta məktəblərinin müəllimləri və şagirdləri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra mərkəzin nümayəndəsi Cəmalə Məmmədovanın məruzəsi dinlədilib.

Məruzəçi müstəqil Azərbaycan Respublikasında dövlət quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin genişmiqyaslı gərgin fəaliyyəti, bu yolda qarşıya çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin təmin edilməsi, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar haqqında məlumat verib.

Çıxış edən müəllimlər və şagirdlər ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında əvəzolunmaz xidmətlərindən danışıblar.

Sonda “Dahi şəxsiyyət” və “Müstəqil Azərbaycanın qurucusu” adlı filmlərin nümayişi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.