REGİONLAR
Astarada ümumi məhsul və xidmətlərin həcmi 16,1 faiz artıb
Bakı, 11 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında rayon iqtisadiyyatının əsas sahələri (sənaye, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, tikinti, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, ticarət; nəqliyyat vasitələrinin təmiri) üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,1 faiz artaraq 110 milyon 292 min 300 manat olub.
Astara Rayon Statistika İdarəsinin rəisi Vasif Həsənov AZƏRTAC-a bildirib ki, əhalinin hər nəfərinə düşən məhsul və xidmətlərin dəyəri 31 faiz artaraq 989,4 manata bərabər olub.
Bu dövrdə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 37 milyon 746 min 400 manatlıq və ya ümumi məhsulun 34,2 faizi qədər, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 32 milyon 458 min 900 manat min manatlıq (29,5 faiz), sənayedə 16 milyon 18 min 400 manat min manatlıq (14,5 faiz), tikintidə 20 milyon 552 min 100 manat min manatlıq (18,6 faiz), nəqliyyat və anbar təsərrüfatı sahələrində 2919,8 min manatlıq (2,7 faiz), informasiya və rabitə sahələrində isə 596,7 min manatlıq (0,5 faiz) məhsul və xidmətlər istehsal olunub.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikintidə 3,4 dəfə, nəqliyyat və anbar təsərrüfatı sahələrində 34,6 faiz, informasiya və rabitə sahələrində 5,6 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 3,1 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 1,5 faiz artım, sənayedə isə 20,8 faiz azalma müşahidə edilib.