REGİONLAR
Astarada ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub
Astara, 11 dekabr, Bağır Əliyev, AZƏRTAC
Ümummilli lider Heydər Əliyev zəngin mədəniyyəti, tarixi keçmişi ilə həmişə qürur duyduğu doğma Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxararaq xalqımıza əmanət edib. Bu gün fəxrlə deyə bilərik ki, Heydər Əliyev müasir müstəqil Azərbaycanın banisidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər dekabrın 11-də Astara şəhərindəki Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Müstəqilliyimizin qurucusu - Heydər Əliyev” mövzusunda keçirilən elmi-praktik konfransda səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə böyük rəhbərin xatirəsini bir dəqiqəlik sükutla yad edib, “Müstəqilliyimizin qurucusu” sənədli filminə baxıblar.
Konfransda çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirib ki, müasir Azərbaycanın tarixi və taleyi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Qeyri-adi şəxsiyyət, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilib.
Diqqətə çatdırılıb ki, təcrübəli dövlət xadimi olan Heydər Əliyev zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə keçərək böyük xilaskar rolunu oynayıb, bizim üçün bugünkü müstəqil Azərbaycanı əmanət qoyub. Ulu Öndərin arzu və ideyaları bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Firudin Əhmədov, rayon prokurorluğunun böyük müstəntiqi Ruslan Babazadə, Asxanakəran kənd icra nümayəndəliyi üzrə Ağsaqqallar Şurasının sədri Ramiz Gənciyev, Sərək kənd Folklor Evinin direktoru Yaqut Məmmədova, rayon icra hakimiyyəti aparatının məsul işçisi İsmət Quliyev Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışıblar.