REGİONLAR


Astarada videotəlim: “Niyə könüllü oluruq, könüllülük nədir?”

Astara, 19 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon Gənclər və İdman İdarəsi, Astara Heydər Əliyev Mərkəzi, “Sosial iş sosial media” Platformasının və “Loqos” Psixoloji Nitq İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə “Niyə könüllü oluruq, könüllülük nədir?” mövzusunda videotəlim keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə Astara Rayon Gənclər və İdman İdarəsinin gənclərlə iş üzrə nümayəndəsi və könüllülər üzrə əlaqələndiricisi Abbas İbrahimli, Astara Heydər Əliyev Mərkəzinin rəhbəri Kübra Səmədova, Mərkəzin bələdçiləri Cəmalə Hacızadə və Elnarə Rzayeva mövzu ilə bağlı çıxış ediblər. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının qəbul edilməsi ölkəmizdə gənclərə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Diqqətə çatdırılıb ki, gənclərin könüllülük fəaliyyətinə təşviq edilməsi regionda gənclərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Daha sonra təlimi “Loqos” Psixoloji Nitq İnkişafı Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Leyla Rəhimova davam etdirib, gəncləri maraqlandıran sualları cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.