REGİONLAR


Astarada yeni dərs ilinə hazırlığın vəziyyəti müzakirə olunub

Astara, 8 sentyabr, Bağır Əliyev, AZƏRTAC

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi istiqamətində tam orta təhsil sahəsində təhsil müəssisələrinin müxtəlif istiqamətlər üzrə bölünməsi və fəaliyyətinin təşkili ilə bağlı 2017-2018-ci tədris ilində Astara rayonunun 6 tam orta məktəbində təmayül siniflərin təşkili şagirdlər və valideynlər tərəfindən razılıqla qarşılanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə sentyabrın 7-də rayonun təhsil işçilərinin ənənəvi sentyabr konfransında məlumat verilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Konfransda rayon təhsil şöbəsinin müdiri Rəşad Həsənov hesabat məruzəsi ilə çıxış edib.

Qeyd olunub ki, 2017-2018-ci dərs ilində rayonda 43 tam orta, 10 ümumi orta, 9 ibtidai məktəb və 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərib.

Bildirilib ki, tam orta təhsil səviyyəsi üzrə attestat alan 756 şagirddən 356 nəfəri ali məktəblərə qəbul olunmaq üçün ərizə ilə Dövlət İmtahan Mərkəzinə müraciət edib. İxtisas seçiminin hər iki mərhələsinin nəticələrinə görə 250 məzun tələbə adını qazanıb. Onlardan 31 nəfəri əvvəlki ilin məzunlarıdır.

Bu il tələbə adını qazanan məzunlardan 25 nəfəri 500-dən, 7 nəfəri 600-dən yuxarı bal toplayıb. Pensər kənd 2 nömrəli tam orta məktəb-liseyin məzunu Fərid Əhmədzadə rayon üzrə ən yüksək bal toplayıb (686).

Məruzə ətrafında müzakirələrdə çıxış edən Astara Pedaqoji Kollecin direktoru Ağababa İbrahimov, Maşxan Kənd tam orta məktəbin direktoru Bəylər Həsənov, Astara şəhər 3 nömrəli tam orta məktəbin direktoru Adil Rzayev, Astara şəhərindəki Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Əsxənəkəran kənd tam orta məktəbin müəllimi Həsrət Rəhmənov və başqaları 2017-2018-ci tədris ilində görülən işlərdən danışaraq rayonda təhsilin inkişafı və onun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı təkilflərini bildiriblər.

Toplantıda çıxış edən Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Qızbəs Məmmədova rayonun təhsil işçilərini qarşıdan gələn Bilik günü münasibətilə təbrik edib, konfrans iştirakçılarına uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin təhsilin inkişafı proqramları şöbəsinin sektor müdiri Vidadi Bağırov bildirib ki, təhsilin inkişafında ən vacib məqamlardan biri təhsil işçilərinə bərabər imkanların yaradılmasıdır. Bu sahədə müəllimlərin işə götürülməsi ilə bağlı keçirilən diaqnostik qiymətləndirmələr mühüm əhəmiyyət kəsb edir.

“Təhsil haqqında” Qanuna edilən dəyişiliklər barədə məlumat verən V.Bağırov beynəlxalq fənn müsabiqələri qaliblərinin istənilən ixtisas üzrə müsabiqədənkənar, Respublika fənn olimpiadalarının qaliblərinin isə öz ixtisasları üzrə ali təhsil müəssisələrinə imtahansız qəbul edilməsi barədə yenilikləri ölkəmizdə istedadlı gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirib.

Tədbirdə şagirdlərin təlim və tərbiyəsində fərqlənən müəllimlərin bir qrupuna fəxri-fərmanlar təqdim olunub.

Toplantıda müzakirə edilən məsələ ilə bağlı qərar layihəsi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.