REGİONLAR


Astarada yeniyetmə güləşçilərə mükafatlar təqdim olunub

Astara, 19 noyabr, Bağır Əliyev, AZƏRTAC

Astara Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə zona və Respublika yarışlarında yüksək nəticələr qazanmış yeniyetmə idmançılara mükafatlar təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Astara Olimpiya Kompleksinin direktoru Aslan Ağayev, Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov yeniyetmə güləşçiləri təbrik edərək, onlara yeni-yeni qələbə sevincləri arzulayıblar.

Tədbirdə Zəfər Gününə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında Masallı rayon açıq birinciliyində ikinci yeri qazanmış İlyas Ağazadəyə, üçüncü yeri qazanmış Hüseyn Nəzərov və Ağabala Ağayevə, Vətən müharibəsi şəhidi İqbal Astanlının xatirəsinə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə Respublika turnirində üçüncü yeri qazanmış idmançılar Yalçın Rzazadə, Yəhya Höccətov və Elton Şahbazova mükafatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.